BANK

05 Sentyabr
4

“Azərbaycan Sənaye Bankı” elektron arayış sistemində

“Azərbaycan Sənaye Bankı” Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlığa başlayıb. Bankdan fins.az-a verilən məlumata görə, artıq onların müştəriləri "Elektron Hökumət" portalının təqdim etdiyi "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidmətindən istifadə edə bilərlər. Bu da vətəndaşlara bank xidmətlərindən istifadə etdikdə iş yerindən arayışları elektron qaydada təqdim etməyə imkan verəcək.