BANK

08 Sentyabr
4

Əhali də banklardan çəkinməyə başlayıb – KREDİT GÖTÜRƏNLƏR AZALIR

Azərbaycanda banklardan ilk dəfə kredit götürənlərin sayı son bir neçə ildə ən aşağı həddə düşüb. Fins.az-ın Mərkəzi Banka istinadən məlumatına görə, iyul ayında yeni kredit almaq üçün banklara müraciət edənlərin sayı cəmi 15 191 nəfər təşkil edib. Xatırladaq ki, buna qədər həmin göstərici ayda 20 mindən az deyildi. 2014-cü ili n avqust-sentyabr aylarında isə 30-37 minə qalxmışdı. Kredit götürənlərin sayının kəskin azalması həm bankların şərtləri sərtləşdirməsi ilə, həm də əhalinin artıq lüzumsuz kreditləri götürmək istəməməsi ilə bağlıdır.

Ümumiyyətlə, 7 ayın yekunlarına görə, MKR-də 2 milyon 472,3 min borcalan haqqında məlumat var. Son bir ildə kredit götürənlərin sayı 308 min və ya 14,2% artıb. Borcalanların 2 milyon 438,3 mini və ya 98,6%-i fiziki şəxslərdir. Kredit götürən hüquqi şəxslərin sayı 11 min, sahibkarların sayı isə 23 mindir. Son 1 ildə kredit götürmüş fiziki şəxslərin sayı 14,2%, hüquqi şəxslərin sayı 5,2%, iş adamlarının sayı 24,3% artıb.

Aylıq fiziki şəxs borcalanların sayı

İyul, 2014

25 092

Avqust, 2014

30 055

Sentyabr, 2014

37 807

Oktyabr, 2014

28 215

Noyabr, 2014

27 492

Dekabr, 2014

26 165

Yanvar, 2014

25 389

Fevral, 2014

24 359

Mart, 2014

22 030

Aprel, 2014

24 588

May, 2014

20 222

İyun, 2014

21 263

İyul, 2014

15 191