BANK

10 Sentyabr
3

Maliyyə göstəricilərini gizlədən banklar - SİYAHI

Azərbaycanda heç də bütün banklar maliyyə göstəricilərini ictimaiyyətlə açıqlamağa maraq göstərmir. Xüsusilə bu ilin fevral ayındakı devalvasiyadan sonra kredit təşkilatları maliyyə hesabatlarını açıqlamaqdan çəkinirlər. Halbuki qanunvericiliyə görə, hər bir bank rübdə bir dəfə maliyyə vəziyyətinin necə olması barədə hesabat yaymalıdır.

Nəzərə alsaq ki, hazırda 3-cü rübün son ayıdır, deməli 2-ci rübün maliyyə hesabatları ən azı 1 ay bundan əvvəl bankların internet səhifələrində yerləşdirilməli idi. Reallıq isə odur ki, bəzi banklar nəinki builki, heç 2014-cü ildəki fəaliyyətlərinin yekunlarına dair hesabatı yaymayıblar.

Məsələn, Pakistan Milli Bankının Bakı filialınının sonuncu hesabatı 2010-cu ildə, “Naxçıvankbank”ın maliyyə hesabatı 2011-ci ildə, hazırda maliyyə problemləri yaşayan “Bank of Azerbaijan”ın, eləcə də “Bank Stantard”ın maliyyə hesabatı 2013-cü ildə açıqlanıb.

“Amrahbank”, "Bank Respublika", “Günaybank”, “Xalq Bank”, “Muğanbank”, “Bank Nikoil”, “Parabank”, “Bank Technique”, “Yapı Kredi Bank (Azərbaycan)” və “Zaminbank” isə 2014-cü ilin yekununa dair maliyyə hesabatını açıqlamaqla kifayətləniblər. Bankların 2015-ci ildəki fəaliyyəti isə ictimaiyyətə qaranlıq qalıb.

2 bankın – “Azərbaycan Beynəlxalq Bankı” və “Bank Avrasiya” saytları ümumiyyətlə açılmır. Buna görə də, onların maliyyə hesabatlarına dair vəziyyətlə tanış olmaq mümkün deyil.

Sonuncu dəfə "AGBank" bu ilin yanvar ayında, “Atabank” və "Dəmirbank" bu ilin 1-ci rübündə, “Bank BTB” və “Dekabank” ötən ilin 3-cü rübündə, “Kredobank”, "Gəncəbank" və “Yunayted Kredit Bank” isə ötən ilin 2-ci rübündə hesabat veriblər.

Yalnız 16 bankda – “Accessbank”, “AFB Bank”, “Azərbaycan Sənaye Bankı”, “Azər-Türk Bank”, “Bank of Baku”, “Bank Silk Vey”, “Bank VTB (Azərbaycan), “Caspian Development Bank”, “Kapitalbank”, “Qafqaz İnkişaf Bankı”, İran Milli Bankının Bakı filialı, “NBC Bank”, “PAŞA Bank”, “Rabitəbank”, "Unibank" və "Yunayted Kredit Bank"da maliyyə hesabatları 2015-ci ilin 2-ci rübünə qədər olan dövrü əhatə edir.

Kommersiya bankının adı

Sonuncu hesabat

1

“Accessbank”

2-ci rüb, 2015

2

“AFB Bank”

2-ci rüb, 2015

3

“AGBank”

Yanvar, 2015

4

“Amrahbank”

Yekun, 2014

5

“Atabank”

1-ci rüb, 2015

6

“Azərbaycan Beynəlxalq Bankı”

saytı açılmır

7

“Azərbaycan Sənaye Bankı”

2-ci rüb, 2015

8

“Azər-Türk Bank”

2-ci rüb, 2015

9

“Bank Avrasiya”

saytı açılmır

10

“Bank of Baku”

2-ci rüb, 2015

11

“Bank of Azerbaijan”

Yekun, 2013

12

“Bank BTB”

3-cü rüb, 2014

13

“Bank Respublika”

4-cü rüb, 2014

14

“Bank Silk Vey”

2-ci rüb, 2015

15

“Bank Standard”

Yekun, 2013

16

“Bank VTB (Azərbaycan)”

2-ci rüb, 2015

17

“Caspian Development Bank”

2-ci rüb, 2015

18

“Dekabank”

3-cü rüb, 2014

19

“Dəmirbank”

1-ci rüb, 2015

20

“Gəncəbank”

2-ci rüb, 2014

21

“Günaybank”

Yekun, 2014

22

“Xalq Bank”

Yekun, 2014

23

“Kapital Bank”

2-ci rüb, 2015

24

“Kredobank”

2-ci rüb, 2014

25

“Qafqaz İnkişaf Bankı”

2-ci rüb, 2015

26

İran Milli Bankının Bakı filialı

2-ci rüb, 2015

27

“Muğanbank”

Yekun, 2014

28

“Naxçıvanbank”

Yekun, 2011

29

“NBC Bank”

2-ci rüb, 2015

30

“Bank Nikoil”

Yekun, 2014

31

Pakistan Milli Bankının Bakı filialı

Yekun, 2010

32

“Parabank”

Yekun, 2014

33

“PAŞA Bank”

2-ci rüb, 2015

34

“Rabitəbank”

2-ci rüb, 2015

35

“Bank Technique”

Yekun, 2014

36

“Turanbank”

2-ci rüb, 2015

37

“Unibank”

2-ci rüb, 2015

38

“Yapı Kredi Bank (Azərbaycan)”

Yekun, 2014

39

“Yunayted Kredit Bank”

2-ci rüb, 2014

40

“Zaminbank”

Yekun, 2014