Bank

11 Sentyabr
3

«Amrahbank»ın saytı açılıb – QİSMƏN İŞLƏYİR

Bir neçə saat əvvəl islamçı hakerlərin hücumuna məruz qalan «Amrahbank»ın saytı bərpa olunub. Fins.az-ın məlumatına görə, artıq bankın internet səhifəsində hakerlər tərəfindən yerləşdirilən ekstremit çağırışlar və xəbərdarlıqlar götürülüb. Bununla yanaşı, hələlik bankın saytı tam fəaliyyət göstərmir, bəzi xidmətlərdən istifadə etmək mümkün deyil. Bankdan fins.az-a bildirilib ki, hazırda saytan fəaliyyətinin tam bərpası üçün iş aparılır. Xatırladaq ki, bu gün sentyabrın 11-də səhər saatlarında “İslamic Cyber Army” tərəfindən sayta müdaxilə olunub. Sayta daxil olduqda hakerlərin yönləndirdiyi səhifə açılırdı.