BANK

14 Aprel
10

Manat dəyərdən düşəcəkmi? – “AzFİNANCE”IN PROQNOZU

Bir müddət manat dollar qarşısında möhkəmlənsə də son iki gündə bunun əksi müşahidə edilir. Dünəndən başlayaraq əhalinin dollar tələbatının artması fonunda banklarda, eləcə də “qara bazar”da dollar bahalaşıb. Vəziyyəti Fins.az-a şərh edən “AzFinance” İnvestisiya Şirkətinin direktor müavini İntiqam Səfərəliyev manatın kəskin dəyər itirməsini proqnoz etmədiklərini deyib:

“Hazırda əhalinin vəsaitlərinin 80-90%-i, sığorta təşkilatlarının məcmu aktivlərinin 60-70%-i xarici valyutadadır. Azərbaycan Beynəlxalq Bankı istisna olmaqla bütün banklar qanunun imkan verdiyi maksimum həcmdə uzun valyuta mövqeyindədir. Bütün bunlar göstərir ki, valyuta alacaq investor yoxdur”.

Eləcə də bax: Vəsaitləri dollarda saxlamaqla nə qədər qazanmaq olar? – TƏHLİL

İ.Səfərəliyevin fikrincə, yeganə risk idxalın ixracı üstələməsi və dövlətin (Azərbaycan Beynəlxalq Bankı daxil olmaqla) xarici borclarının maliyyələşdirilməsidir. Bunun üçün də Neft Fondundan kifayyət qədər vəsait ayrılmışdır və bu borcların maliyyələşdirilməsi üçün dollar Neft Fondundan birbaşa alınacaq.

Bəs hansı halda bu baş verməyə bilər? İ.Səfərəliyev manatın ucuzlaşmasında yeganə riskin neft qiymətlərinin düşməsi və neft fonduna nəzərdə tutulandan az vəsaitin daxil olmasını göstərib.

Eləcə də bax: Manatın güclənməsini şərtləndirən – AMİLLƏR

“Bunun nəticəsində gözlənilən vəsaitin ayrılmasında çətinlik yarana bilər . Ancaq indiki məqamda bu mümkün deyil. Neftin qiyməti dövlət büdcəsi və Neft Fondunun büdcəsi təsdiq edilən zaman nəzərdə tutulmuş 40 dollardan 30-37% bahadır. Hətta dövlət neftin belə qiymətində büdcəyə yenidən baxıb xərcləri artırmaq barədə fikirlərini də açıqlayıb”.

Eləcə də bax: Pulu hara yatırmalı? – EKSPERTDƏN 3 VARİANT

Manata təsir edəcək əsas amillərdən biri də idxalın artmasıdır. İ.Səfərəliyev hesab edir ki, idxalın artması əhalinin qənaət rejimində hərəkət etməsi ilə məhdudlaşır:

“Yalnız istehsal müəssisələrinin yaradılması məqsədilə, yəni investisiya məqsədilə idxal arta bilər. Nəticə olaraq demək olar ki, 2017-ci ildə heç bir fors major baş verməzsə manatın dəyərdən düşməsini proqnoz etmirik”.

Qeyd edək ki, “AzFinance” İnvestisiya Şirkəti ilə bu nömrələrlə əlaqə saxlaya bilərsiz:

012 310 33 30

012 310 33 22

050 290 27 38

050 290 44 88