BAZAR

25 Aprel

İstehlak bazarında ən yüksək qiymət artımları qeyri-ərzaq məhsullarında qeydə alınıb - CESD

Azərbaycanda ərzaq məhsullarının qiyməti mart ayında stabilləşib.

Bu barədə Fins.az-a İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəzin keçirdiyi monitorinqə əsasən, 2024-cü ilin mart ayında istehlak bazarında ən yüksək qiymət artımları qeyri-ərzaq məhsullarında qeydə alınıb. Ərzaq məhsullarının qiyməti mart ayında stabilləşib. Bu, idxal inflyasiyasının nisbətən səngiməsi və ərzaq məhsullarına tələbin optimallaşması ilə bağlıdır. İllik inflyasiya 4.6 faiz olub.

Qeyd edək ki, ümumilikdə ölkə üzrə 2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100,4 faiz təşkil edib. 2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,0 faiz təşkil edib. Eyni zamanda 2024-сü ilin yanvar-mart aylarında tikinti materiallarının istehsalın ümumi dəyəri 274,6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 34,4 faiz artıb.

Fuad Mədətov
Fins.az