BAZAR

29 Aprel

Bazarı 70% inflyasiya gözləyir - TÜRKİYƏ

Türkiyə bazar iştirakçıları aprel ayında illik inflyasiyanın kritik həddə çatacağını proqnozlaşdırırdılar.

Fins.az xəbər verir ki, Bloomberg HT tərəfindən aparılan sorğuda bazar iştirakçıları aprel ayında illik inflyasiyanın 70 faiz olacağını gözləyirlər.

Araşdırmada aylıq inflyasiyanın 3,2 faiz olacağı gözlənilib.

Araşdırmaya görə, aprel inflyasiyası üçün ən aşağı aylıq gözlənti 2,3%, ən yüksək gözlənti isə 3,8 faizlə reallaşıb.

İllik inflyasiyanın ən yüksək qiymətləndirilməsi 70,7 faizdir; Ən aşağı göstərici isə 68,3 faizlə müəyyən edilib.

Bu anket dövründə 21 qurumun iştirakı ilə 2024-cü ilin sonu üçün inflyasiya gözləntisi əvvəlki anket dövrünə nisbətən azalaraq  43% olub. Əvvəlki sorğu dövründə təxmin 44 faiz olub.

Bundan əlavə, 21 qurumun iştirakı ilə hazırlanmış 2024-cü il üçün pik inflyasiya proqnozu əvvəlki sorğu dövrü ilə müqayisədə dəyişməyərək 75 faizə çatıb.

Günel Məlikzadə
Fins.az