13 Noyabr

Robopark sərgisini ziyarət etmək istəyənlər üçün pulsuz biletlərin qeydiyyatı başlayıb

Robopark sərgisini ziyarət etmək istəyənlər üçün pulsuz biletlərin qeydiyyatı başlayıb

Fins.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, 3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində “Bakutel-2019” 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində ən müasir robot modelləri və mütərəqqi texnologiyalar nümayiş olunacaq.

  • Las-Veqasdan Pepper humanoid robotu
  • Robot balıqlar
  • Dünyaca məşhur Robot rəssam
  • Müxtəlif Sumo, Güləş və Dron yarışları
  • Kosmo zonası
  • 6 metrlik uçan astronavt
  • Və ən nəhayət hamının sevimlisi Robot pianoçu

20-dən çox interaktiv zona və robotları görmək istəyənlər, https://robopark.ticketsetup.com/az linkinə daxil olaraq qeydiyyatdan keçə və pulsuz bilet əldə edə bilərlər.

Biletlər yalnız “Robopark” üçün və yalnız 5 və 6 dekabr tarixlərində keçərlidir.

Expo mərkəzinə daxil olmaq üçün biletin çap versiyasını təqdim etmək vacibdir.