03 Dekabr

Pivənin hər min litri üçün aksiz məbləği 20 qəpikdən 40 qəpiyə qaldırılacaq

Pivə hər min litri üçün aksiz məbləği 20 qəpikdən 40 qəpiyə qaldırılacaq.

Fins.az-ın məlumatına görə, bunu Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva

Bu gün Vergilər Nazirliyində Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı keçirilən brifinq zamanı bildirib.

Onun sözlərinə görə, bütün vergi qanunvericiliyi hazırlanarkən istehsalçılar və istehlakçıların maraqları nəzərə alınıb. Hesab edirəm ki, vergilərin hər litr üçün aksiz məbləğinin artımı nə istehlakçıların xərclərinə, istehsalçıların istehsal həcminə əhəmiyyətli dərəcədə təsir etməyəcək.