BİRJA

08 Noyabr
31

“Embafinans” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

“Embafinans” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Fins.az xəbər verir ki, bu barədə bakı Fond Birjası məlumat yayımlayıb

Məlumatda bildirilir ki, 8 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” MMC-nin AZ2005020600 İSİN-li, hər birinin nominal dəyəri 1000 AZN olan 1000 ədəd, sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

İstiqrazların yerləşdirilməsi 14 noyabr 2019-cu il tarixində BFB-də birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazın növü

Adlı, faizli, təmin edilməmiş

Qiymətli kağızın ISIN kodu

AZ2005020600

Hərraca çıxarılan həcm

1 000 000 AZN

İstiqrazın nominal dəyəri

1000АZN

Hərrac qiyməti

1000 AZN

İstiqrazın tədavül müddəti

365 gün

Faiz dərəcəsi

10.5 %

Faiz ödənişləri müddəti

Hər 1 (bir) təqvim ayından bir

Geri satınalma şərti

Emissiya prospektinin 14.14 bəndinə əsasən emitent tərəfindən təmin olunur

Anderrayter

“Unicapital İŞ” ASC

İstiqrazların emissiya prospektini Bakı Fond Birjasının internet səhifəsində “Emitentlər” bölməsindən əldə edə bilərsiniz. https://bfb.az/teqdimat/

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.