BİZNES

13 Noyabr
95

Gömrük Komitəsinin dövlət büdcəsinə nə qədər vəsait köçürdüyü AÇIQLANIB

Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 3 milyard 645 milyon 325 min manat olub.

Fins.az xəbər verir ki, komitədən verilən məlumata görə, 2019-cu ilin on ayında gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 909 milyon 323 min manat, əlavə dəyər vergisi üzrə 2 milyard 482 milyon 65 min manat, aksizlər üzrə 217 milyon 320 min manat, yol vergisi üzrə isə 36 milyon 612 min manat təşkil edib