BİZNES

13 Noyabr
65

Konfederasiya Korporativ Sosial Məsuliyyət layihələrinin qiymətləndirilməsi üzrə hesabat hazırlayır

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) şirkətlərin Korporativ Sosial Məsuliyyət layihələrinin qiymətləndirilməsi məqsədilə hesabat hazırlayır.

Fins.az xəbəe verir ki , ASK-dan verilən məlumata görə , seçimdə iştirak noyabrın 14-dək davam edəcək və burada, şirkətlər son 1 il ərzində Azərbaycan ərazisində həyata keçirilmiş korporativ sosial məsuliyyət layihələrlə iştirak edə bilər.

Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə həyata keçiriləcək qiymətləndirmədə dayanıqlı iqtisadi inkişafa dəstək verən belə layihələrin əhatə dairəsi, layihənin məzmunu, benefisiarları və sair barədə məlumatlar nəzərə alınacaq.

Nəticələr Qlobal Sahibkarlıq Həftəsində elan ediləcək.