BİZNES

14 Noyabr
84

Süni insan dərisi yaradılıb -TEXNOLOJİ İNQİLABA SƏBƏB OLACAQ

Almaniya və Avstriyadan olan alimlərin birgə fəaliyyəti sayəsində yaradılan süni dəri eyni zamanda taktil və qeyri-taktil siqnalları emal edə bilir. Daha əvvəl qeyd edilən imkanları bir cihazda birləşdirmək cəhdləri nəticəsiz qalıb. Təqdim edilən yenilik sayəsində bəşəriyyət funksional süni intellekt yaratmağa bir addım yaxınlaşıb. Bəs süni dəri necə işləyir?

Dəri insan bədənin ən böyük orqanıdır, eyni zamanda ən mürəkkəb orqanlarından biridir. Dəri cəmi bir neçə saniyənin içində ən müxtəlif reaksiyatörədici səbəbləri ayırd edə, eyni zamanda onları təsnif edə bilir. Soyuğu istidən fərqləndirə, predmetlərin teskturasını hiss edə, xüsusiyyətləri (yumşaqlıq, kəskinlik, tikanlılıq) öyrənə, ağrı reseptorlarını ötürə bilir.

“Nature Communications” nəşrinin məlumatına əsasən, Gelmholts adına Mərkəzdən doktor Denis Markov və Lints Universitetindən doktor Martin Kaltenbrunnerin başçılığı altında Tədqiqat qrupu insan dərisinin identiki xarakteristikasına malik elektron analoqunu yaradıb. Alimlərin fikrincə, yeni sensor insanlarla maşınlar arasında qarşılıqlı fəaliyyəti xeyli asanlaşdıracaq.

Müasir sistemlər iki yolla - ya fiziki təması qeydə alaraq, ya da kontaktsız yolla obyektləri izləyərək işləyirlər. Hər iki variant ilk dəfə “maqnit mikroelektromexaniki sistem” (m-MEMS) adını daşıyan sensorda birləşdirilib.

“n-MEMS” polidimetilsiloksan təbəqəsi ilə möhkəmlənmiş nazik polimer səthə quraşdırılıb. Mütəxəssislərin sözlərinə görə, sensoru çox asanlıqla barmağın ucuna yerləşdirmək mümkündür.

Bu zaman sensor həm fiziki, həm virtual obyektlərin idarə elementi kimi istifadə edilə bilər. Bunun üçün bir sıra eksperimentlər aparılıb. Fiziklər arxasında güclü maqnit yerləşdirilən şüşə lövhəyə virtual düymələr proyeksiya ediblər. Maqnit otağın işıqlanma, düymələr isə temperatur sistemini idarə edib. Onlar “elektron dəri”nin köməyi ilə əvvəlcə işığı yandırıblar. Bunun üçün sensoru maqnitin yanından keçirmək kifayət edib. Sonra barmaq şüşəyə toxunan kimi “m-MEMS” sensoru avtomatik taktil əlaqə rejiminə keçib. Düyməni fərqli güclə sıxaraq, havanın temperaturunu tənzimləmək mümkün olub.

Ekspertlər hesab edir ki, elektron dəri ən müxtəlif sahələrdə istifadə edilə bilər: dəri yanıqlarından əziyyət çəkən insanlara kömək edə, həmçinin virtual reallıqda tətbiq edilə bilər.