BİZNES

14 Noyabr
85

Maliyyə Nazirliyinin kollegiyasının yeni tərkibi 13 nəfər olaraq təstiq edilib

Nazirlər Kabineti Maliyyə Nazirliyinin kollegiyasının 13 nəfərdən ibarət yeni tərkibini təsdiq edib. Fins.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilir.

Kollegiyanın sədri maliyyə naziridir.

Kollegiyanın üzvləri aşağıdakılardır: maliyyə nazirinin birinci müavini, maliyyə nazirinin iki müavini, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri, Maliyyə Nazirliyinin Aparatının rəhbəri, Maliyyə Nazirliyinin Aparatının rəhbərinin müavini, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi.

O cümlədən, Kollegiyanın tərkibinə daxil olublar: Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin direktoru, Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru, Maliyyə Nazirliyinin Aparatının Büdcə şöbəsinin müdiri, Maliyyə Nazirliyinin Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri, Maliyyə Nazirliyinin Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi