BİZNES

14 Noyabr
125

M.Cabbarov: Azərbaycanda vergi güzəştlərinin payı ÜDM-nin 3%-dən aşağı səviyyədədir

Azərbaycanda qüvvədə olan vergi güzəştlərinin xüsusi çəkisi ÜDM-nin 2,8%-ni təşkil edir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Vergi güzəştləri və preferensiyalarının sayı ilbəil artsa da, onların ÜDM-də payı azalır. Əgər 2017-ci ildə güzəşt və preferensiyaların payı ÜDM-nin 4,7%-ni təşkil edirdisə, 2018-ci ildə bu göstərici 2,8% təşkil edib”, - deyə M.Cabbarov bu gün parlamentdə Vergi Məcəlləsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı bildirib.

O əlavə edib ki, 2019-cu ilin 10 ayı ərzində Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 44,608 min və ya 10,1%, o cümlədən ƏDV ödəyicilərinin sayı 39,2% artıb.

Parlament bu gün Vergi Məcəlləsinə dəyişikliklər layihəsini I oxunuşda qəbul edib. Dəyişikliklər 10 yeni güzəşt və azadolmanı nəzərdə tutur və sənaye parkları və məhəllələrinin rezidentlərini, Formula-1 və Formula-2 yarışları ilə bağlı mal, iş və xidmətləri, quş əti satışını, məhsul ixracatçılarını və s. əhatə edir.