BİZNES

15 Noyabr
132

Meyvə-tərəvəz, pambıq lifi, eləcə də plastmass və onlardan hazırlanan məmulatların ixracı artıb

2019-cu ilin oktyabrında Azərbaycandan xarici ölkələrə 16 milyard 821 milyon 558,89 min dollar həcmində məhsul ixrac edilib. Dövlət Gömrük Komitəsinin açıqladığı hesabata əsasən, bunun 12 milyard 965 milyon 270,26 min dolları xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının payına düşüb.

Oktyabrda xaricə ixrac edilən təbii qazın ümumi dəyəri isə 1 milyard 882 milyon 541,67 min dollar olub. Meyvə-tərəvəz ixracı isə 455 milyon 515,87 min dollar təşkil edib. Ötən ilin oktyabrında bu göstərici 405 milyon 497,75 min dollar olub.

Plastmass və onlardan hazırlanan məmulatların ixrac həcmi artaraq 217 min 927,11 tona çatıb. Ötən il bu rəqəm 137 min 952 ton olub. Pambıq lifinin ixracı da artıb. Əgər ötən ilin oktyabrında xaricə 42 min 798,15 ton məhsul göndərilibsə, bu il həmin göstərici 65 min 794,39 tona çatıb.