BİZNES

21 Noyabr
218

iPad Pro alternativi Huawei MatePad Pro'nun rəsmi təqdimat videosu çıxdı

Uzun illərdir ki, planşet ekosistemində Apple rəqibsiz idi. iPad-lər ciddi satışlar əldə edir və çoxca rəğbət görürdü. Lakin indi işlər dəyişir artıq. Huawei planşet bazarında da özünə bir rol götürmək üçün MatePad Pro planşetini təqdim etməyə hazırlaşır. Şirkətin 25 Noyabr Çinin Şanxay şəhərində təqdim edəcəyi planşet üçün artıq təqdimat videosu yayımlandı. Təqdimat videosundan göründüyü kimi planşetdə dual kamera sistemi, maqnitli klaviatura və qələm dəstəyi olacaq.

MatePad Pro planşeti 25 Noyabr Şanxayda təqdim ediləcək.

MatePad Pro planşeti Geekbench bençmark testindən tək nüvə olaraq 3.808, çoxnüvəli olaraq isə 11.832 xal toplayaraq yaxşı bir nəticə göstərdi. Əlavə olaraq cihazda 1.84 Ghz tezlikdə işləyən Kirin 990 çipseti, 6 Gb Ram və Android 10 əməliyyat sistemi olacaq. Bütün bunlardan əlavə 40W dəstəkli Huawei SuperCharge və 5G dəstəyi də olacaq.