BİZNES

22 Noyabr
141

Azərbaycanda özəl aviaşirkətin nizamnamə kapitalı kəskin artırılıb

"Silk Way Business Aviation" MMC-nin nizamnamə kapitalı kəskin artırılıb.

Aviaşirkətin kapitalı 200 manatdan 27 880 200 manata çatdırılıb.

Xatırladaq ki, "Silk Way Business Aviation" 2007-ci ildə yaradılıb, "Silk Way Holding" MMC-yə daxildir. Aviaşirkət əsasən iş adamları üçün çarter reysləri həyata keçirir.