BİZNES

22 Noyabr
437

Gəlmək bilməyən Whatsapp funksiyası: Dark Mode

Dark mode,yəni qaranlıq mod bu ilin trendinə çevrildi. Bir çox tətbiq qaranlıq mod funksiyasını gətirərək həm istifadəçilərin gözlərinin yorulmasının qarşısını aldı, həm də telefonların daha az enerji xərcləməsinə səbəb oldu. Lakin bu funksiyanın gəlmədiyi bir tətbiq var ki , adı da Whatsappdır. Hər dəfə Beta versiyaya əlavə edilən qaranlıq mod sonra təkrar yoxa çıxır. Bu səfər də eynisi oldu.

Son Whatsapp Betasında Dark mode ile bağlı bütün kodlar silinib. Həmçinin gəlməsi düşünülən bir hesaba müxtəlif cihazlardan bağlanmaq funksiyası da yoxdur.

Təxmin olunur ki, tərtibatçılar ya başqa funksiyaları ilk plana alaraq sadaladığımız funksiyaları hələlik saxlayırlar, ya da bəzi problemlər səbəbilə Betadan çıxarılır. Son beta ilə tətbiqdə dəyişən tək şey kiməsə şəkil göndərəndə ana menyuda görünən kamera ikonu şəkil ikonu ilə əvəz olunub.