BİZNES

02 Dekabr
163

Azərbaycana fransız ətirləri - KİLOSU 80 DOLLARDAN GƏTİRİLİR - RƏSMİ

Azərbaycana xaricdən ətirlərin və tualet suyunun idxalı 25% azalıb.

Fins.az xəbər verir ki, rəsmi məlumatlara görə, yanvar-sentyabr aylarında Azərbaycana xaricdən ətirlərin və tualet suyunun idxalı ötən illə müqayisədə miqdar baxımından 22,5%, məbləğ baxımından isə 1,9% azalıb.

Belə ki, ilk 9 ayda ölkəyə xaricdən ümumi məbləği 12 milyon 848,3 min dollar olan 951 ton ətir və ya tualet suyu gətirilib.

Ölkəyə belə məhsullar ən çox Fransadan gətirilir. Yanvar-sentyabrda bu ölkədən Azərbaycana məbləği 5 milyon 41,31 min dollar olan 62,57 ton əti rvə tualet suyu gətirilib.

Digər iki idxalçıların sırasında: İtaliya (21,88 ton və $1 mln 374,62 min.), İspaniya (35,23 ton və $1 mln 308,78 min.), Türkiyə (140,9 ton və $1 mln 273,96 min.), Rusiya (162,52 ton və $1 mln 133,54 min) daxildir.

© FED.az