BİZNES

02 Dekabr
131

Huawei Harmony OS ən çox istifadə edilən 5 ƏS-i arasında olacaq

ABŞ və istehsalçı şirkətlər ilə bağlı ambarqolar səbəbilə Huawei Android əsaslı Harmony əməliyyat sistemini hazırlamışdı. Hər nə qədər mobil cihazlara gətirilməsinin planlamadığını desə də qadağalar davam etdiyi müddət ərzində mobil cihazlar ilə birliktə bu ekosistemə daxil ola bilər. Harmony OS-da Google servisləri olmayacağı üçün Saf Androiddən daha saf olacağını desək daha doğru çıxar. Huawei rəsmisi Joy Tan verdiyi son reportajda dediyinə görə Harmony OS daha az sətir kodlarından ibarət olduğu üçün Android-ə nəzərən daha təhlükəsiz bir əməliyyat sistemidir.

Counterpoint Research qurumunun verdiyi hesabatlara görə isə, 2020-ci ildə Harmony OS ən çox istifadə edilən 5-ci əməliyyat sistemi olacaq və Linux sistemini keçəcək. Joy Tan verdiyi reportajda belə deyir ki:

Harmony OS daha az sətir kodlarına malikdir. Bu səbəbdən daha təhlükəsizdir, daha kompaktdır və güclü funksiyalara malikdir. Huawei-n əməliyyat sisteminin məqsədi iOS və Androiddən çox fərqlidir. Tərtibatçıların etməsi lazım olan tək şey tətbiqləri təkmilləşdirməkdir. Bu tətbiqlər sonralar çoxlu terminallara göndəriləcək.

Həmçinin Huawei rəsmisi Counterpoint Research qurumunun verdiyi hesabatlar haqqında da bir-iki şey dedi və beləliklə qurumun dediklərini təsdiqləmiş oldu. Counterpoint Research iddialarına görə Harmony OS 2020-ci ildə əməliyyat sistem bazarında 2%-lik ekosistem payına malik olacaq. Hal-hazırda əməliyyat sistemlərinin ekosistemində istifadə payları aşağıdakı kimidir:

  • Android - %39
  • Windows - %35
  • iOS - %13,87
  • macOS - %5,92
  • Digər sistemlər - %0,77

Harmony OS-un Android-dən əsas fərqi Mikrokernel adlanan daha kompakt bir kernel ilə idarə edilməsidir. Android sistemlərdə hər şey tək bir kernel üzərindən idarə edildiyi üçün təhlükəsizliyi təmin etmək daha çətindir. Androiddəki kernel tipini isə Makrokernel adlandırmaq daha doğru olar.