BİZNES

02 Dekabr
137

Paytaxtdan büdcəyə daxil olan vəsaitin məbləği AÇIQLANIB

2019-cu ilin yanvar-sentyabr ayları ərzində Moskva şəhərinin büdcəsinə mənfəət vergisi hesabına 668,4 milyard rubl vəsait daxil olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 22 % çoxdur.

Göstərilən dövr ərzində Moskvada fəaliyyət göstərən müəssisələr 1,11 trilyon rubl (təxminən 29,5 milyard manat) mənfəət vergisi ödəyiblər. Bu məbləğin, qeyd edildiyi kimi, 668,4 milyard rublu (17,7 milyard manat) Moskva şəhərinin büdcəsinə, qalan 422,3 milyard rublu (11,8 milyard manat) isə federal büdcəyə köçürülüb.

Verginin böyük hissəsi – 24 faizə yaxını maliyyə-sığorta, 20 faizi ticarət, 15 faizi isə neft-qaz sahələrindən yığılıb.