BİZNES

02 Dekabr
179

İndiyədək İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 27 min 677 ipoteka krediti verilib

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Fonddan fins.az verilən məlumata görə, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə dekabrın 1-nə 27 min 677 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 375,7 milyon manatdan çoxdur.

Bu ilin 11 ayında isə fondun xətti ilə verilmiş ipoteka kreditlərinin sayı 2452, məbləği 158,8 milyon manat təşkil edib.