BİZNES

03 Dekabr
184

Nazirlik rəsmisindən "Taxify" və "Uber" kimi taksi xidmətlərində fəaliyyət göstərən sürücülərin vergi öhdəliyi barədə AÇIQLAMA

Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva "Taxify" və "Uber" kimi taksi xidmətlərində xidmət göstərən taksi sürücülərinin vergi öhdəlikləri barədə açıqlama verib

Fins.az xəbər verir ki, nazirlik rəsmisi bidirib ki, "Taxify" və "Uber" elektron platformalardır. Həmin elektron platformaların gəlirləri onsuz da daşıma xidmətləri üzrə gəlirlərdən daha çox platformanın öz müştərilərinə ,yəni taksi sürücülərinə platformadan istifadəyə dair özlərinin əldə etdiyi gəlirlər var. Həmin haqqın onlara köçürülməsi zamanı Əlavə Dəyər Vergisi tətbiq olunur.

Samirə Musayeva eyni zamanda qeyd edib ki, "Daşıma fəaliyyətinin özü ilə bağlı isə ümumiyyətlə ƏDV və mənfəət vergisinə cəlb olunmur. Fərqlənmə nişanı əsasında fəaliyyət həyata keçirilir. Bu sahədə dövlət nəzarətini həyata keçirən orqanlar var.İstənilən daşıma xidməti həyata keçirən şəxs bu növ fəaliyyəti fərqlənmə nişanı olmadan həyata keçirdiyi halda qanunda maliyyə sanksiyası nəzərdə tutulub."

xanım rəsmi qeyd edib ki, "İstənilən platforma üzərindən sifariş olunmağından aslı olmayaraq daşıma fəaliyyəti həyata keçirən şəxs fərqlənmə nişanı alıb, öz vergi öhtəliklərini icra edib,yalnız ondan sonra bu fəaliyyəti həyata keçirə bilər."

Müəllif:Aynur Qəniyeva