BİRJA

24 Aprel

Dünya bazarlarında neft bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyun müqaviləsinin dəyəri 0,17% artaraq 1 barelə görə 88,57 ABŞ dolları təşkil edib.

Fins.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,2% artaraq 1 barelə görə 83,53 ABŞ dolları təşkil edib.

Günel Məlikzadə
Fins.az