BİRJA

24 Aprel

ABŞ istiqraz hərracına güclü tələb

ABŞ Xəzinədarlığının rekord 2 illik istiqraz hərracına böyük tələbat var idi.

Fins.az xəbər verir ki, ABŞ Xəzinədarlığı çərşənbə axşamı günü ümumi dəyəri 69 milyard dollar olan rekord iki illik istiqraz hərracı keçirdi.

Hərracda 4.898% olan gəlirlilik, hərracdan əvvəl eyni ödəmə müddəti olan istiqraz üçün 4.904% olan bazar gəlirlilik səviyyəsindən aşağı olub, bu da tələbin proqnozları aşdığını göstərir.

Gəlirin kritik 5% səviyyəsindən aşağı qalması da diqqətəlayiq idi. İqtisadçılar hesab edirlər ki, bu, olduqca təsir edici bir tender idi. Son iki həftənin çox hissəsində yaşadığımız qiymət dəyişikliyi və intensiv satışları nəzərə alsaq, tenderin uğurlu alındığını demək olar.

İqtisadçılar 50.9 bənlik göstərici ilə bu ilin ən yavaş böyüməsini ortaya qoyan aprel ayı "SP Global Composite PMI" məlumatlarının tenderə güclü tələbdə təsirli olduğunu və məlumatların məşğulluqda yavaşlama siqnalları verdiyini düşünürlər.

ABŞ iqtisadiyyatından gələn güclü məlumatlar və FED-in faizləri azaltmağa tələsməməsi nəticəsində son 4 həftədə ABŞ istiqrazlarının faizlərində artım müşahidə olunub.

ABŞ-ın 2 illik istiqrazlarının gəlirlilik faizi hərracdan sonra 4 baza bəndi azalaraq günü 4.9310%-lə bağladı. ABŞ Xəzinədarlığı bugün həm də rekord səviyyə olan 70 milyard dollarlıq 5 illik istiqraz hərraclarını, 25 apreldə isə 44 milyard dollarlıq 7 illik istiqraz hərracları keçirəcək.