BİRJA

27 Yanvar

İnvestisiya şirkətlərinin korporativ istiqrazlarının dövriyyəsi üzrə RENKİNQİ - YANVAR-DEKABR/2024

Bakı Fond Birjası 2024-cü ilin yanvar-dekabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin korporativ istiqrazlarının dövriyyələrinin həcmini açıqlayıb.

Fins.az xəbər verir ki, investisiya şirkətlərinin korporativ istiqrazlarının dövriyyələrinin həcminə görə renkinq siyahısında “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC (1 milyard 293 milyon 808 min 736 manat) ən yüksək nəticə göstərən şirkət olub.

İkinci ən yüksək nəticə "Assists Finance İnvestisiya Şirkəti" ASC (1 milyard 92 milyon 950 min 882 manat), üçüncü ən yüksək nəticə isə "Unicapital İnvestisiya Şirkəti" ASC (889 milyon 732 min 775 manat) qeydə alınıb.

Siyahıda sonuncu yerdə “Troni İnvestisiya Şirkəti” (87 min 183 manat) qərarlaşıb.

Fins.az BFB-yə istinadən investisiya şirkətlərinin korporativ istiqrazlarının dövriyyələrinin həcminə görə renkinqi təqdim edir:

Fuad Mədətov
Fins.az