Finss.az - ABŞ-n ən böyük tütün şirkətlərindən biri olan Altria Group, 2025-ci ilin ilk ayında Standard Poor's 500 indeksində rekord dividend gəlirliyi ilə diqqət çəkib.
Şirkətin səhmləri 8%-lik dividend gəliri ilə bu sahədə liderlik edir. Bu göstərici, SP 500 indeksinə daxil olan digər şirkətlərin arasında ən yüksəkdir, deyə Barron's nəşri bildirir.
Ötən həftə isə əvvəlki dividend lideri olan Walgreens Boots Alliance dividend ödənişlərini dayandırdığını açıqlayıb, bu da Altria'nın bazardakı mövqeyini daha da gücləndirib.
Altria, son 55 ildə 59 dəfə dividend artırımı həyata keçirib və bu səbəbdən "dividend aristokratları" siyahısına daxil olub. Şirkət öz qazancının 80%-ni dividendlərə ayırır ki, bu da SP 500 ortalamasından iki dəfə çoxdur. 2024-cü ildə Altria səhmdarlara 10,2 milyard dollar ödəniş edib və 6,8 milyard dolları dividend şəklində ödəyib.
Altrianın maliyyə direktoru Sal Mankuzo bildirib: "Keçən il biz səhmdarlara 10,2 milyard dollar ödəniş etdik, bunun 6,8 milyard dolları dividend ödənişləri idi. Avqust ayında isə idarə heyətimiz dividend ödənişlərini 4,1% artırdı."
Şirkət 2028-ci ilə qədər hər il dividend ödənişlərini 4-6% arasında artırmağı planlaşdırır.
Bundan əlavə, SP 500-dəki digər yüksək dividend verən şirkətlər arasında Crown Castle, LyondellBasell Industries, Dow Inc., Verizon Communications və Pfizer Inc. yer alır. Bu şirkətlərin dividend gəliri 6,5%-dən 7,1%-ə qədərdir, SP 500 ortalama göstəricisi isə 1,3%-dir.
Altrianın yüksək dividend gəliri, investorlar üçün cəlbedici bir seçim olmağa davam edir və şirkət gələcəkdə bu istiqamətdə böyüməni davam etdirməyi planlaşdırır.