BİRJA

06 May

Bitcoin qiymətinin 200,000 dollar səviyyəsinə çata bilər

Finss.az - Bernstein analitikləri, yaxın gələcəkdə Bitcoin və digər rəqəmsal aktivlər bazarının artımını dəstəkləyən bir neçə vacib amili vurğulayıblar.

Onların fikrincə, korporativ investisiyalar və yeni maliyyə məhsulları bazara müsbət təsir göstərəcək.

MicroStrategy kimi böyük şirkətlər, Bitcoin ehtiyatlarını artırmaqla bazarın tələbinə təsir göstərirlər. 2024-cü ildə MicroStrategy, Bitcoin ehtiyatlarını 24 milyard dollara çatdırıb və daha 42 milyard dollar toplamağı planlaşdırır. Bernstein analitikləri, belə şirkətlərin yeni kapital bazarlarına çıxaraq kriptoinvestisiyaları artırmalarının digər korporativ oyunçuları da bu istiqamətə yönləndirəcəyini qeyd edirlər.

2024-cü ilin yanvarında ABŞ-da buraxılan spot Bitcoin ETF-ləri artıq təxminən 60 milyard dollar məbləğində kapital cəlb edib. Bernstein-ə görə, 2025-ci ildə ETF-lərə təmiz kapital axınının 70 milyard dolları ötə biləcəyi proqnozlaşdırılır. Bu, Bitcoin qiymətinin artımını sürətləndirə bilər.

Bernstein ekspertləri, hedge fondları və pensiya fondlarının inamının artması fonunda, ETF-lərin aktivlərinin 190 milyard dollara yaxınlaşa biləcəyini hesablayırlar. Bu vəziyyət isə Bitcoin qiymətinin 200,000 dollar səviyyəsinə çatmasına səbəb ola bilər.

Hazırda publik şirkətlər ümumi Bitcoin təklifinin təxminən 3,4%-ni saxlayır ki, bu da 2023-cü ilin sonundakı 1,3%-dən üç dəfə çoxdur. Bu, bazara əlavə likvidlik və sabitlik gətirə bilər.

Bernstein brokerləri, Bitcoin-in qısa müddətli əlaqələrinin bazar iştirakçılarını çaşdırdığını bildirərək, investorlara daha geniş göstəricilərə diqqət yetirməyi tövsiyə edirlər.