BİRJA

06 May

"EKOLİZİNQ" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

Finss.az - 8 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "EKOLİZİNQ" MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2009019509 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 06.05.2025-ci il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.18 və 3.19  bəndlərinin tələblərinə cavab vermədiyindən, adıgedən istiqrazlar listinqə alınmamışdır. 

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"EKOLİZİNQ" MMC

Dövlət qeydiyyat nömrəsi

– İSİN

AZ2009019509

İstiqraqzların növü

və forması

Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Rəqabətli hərrac

İstiqrazların sayı

250 ədəd

İlkin ticarət qiyməti

1,000 ABŞ dolları

Buraxılış həcmi

250,000 ABŞ dolları

İllik gəlirlilik faizi

10%

Ödəmə periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən,

ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə,

hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir

Tədavül müddəti

3 il

Sifarişlərin ümumi həcmi

(nominal qiymətlə)

250,000 ABŞ dolları

Reallaşdırılmış həcm

250,000 ABŞ dolları

Minimal qiymət

1000.0000 ABŞ dolları (10.0000%)

Maksimal qiymət

1000.0000 ABŞ dolları (10.0000%)

Ehtimal olunan kəsmə qiymət*

1000.0000 ABŞ dolları (10.0000%)

Ortaçəkili qiymət

1000.0000 ABŞ dolları (10.0000%)

İnvestor sayı

2

Sifariş sayı

2

Anderrayter

"Invest-AZ İ.Ş.” QSC

Zemfira Ms
Finss.az