BİRJA

14 May

"FINCA Azerbaijan" MM QBKT-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilib

Finss.az - 13 may 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 21.05.2025-ci il tarixində keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"FINCA Azerbaijan" MM QBKT

Dövlət qeydiyyat nömrəsi

– İSİN

AZ2007019204

İstiqrazların növü

və forması

Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı

30,000 ədəd

İlkin ticarət qiyməti

100 manat

İstiqrazların

buraxılış həcmi

3,000,000 manat

İllik gəlirlilik faizi

15%

Ödəmə Periodu

Ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən

ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə,

hər 3 (üç) aydan bir

Tədavül müddəti

18 ay

Ticarətə

buraxılma tarixi

21.05.2025

Anderrayter

“Unicapital İ.Ş.” ASC

Zemfira Ms
Finss.az