BİRJA

15 May

Bitcoin 104 minə yaxınlaşa bilmədi

Finss.az - 15 may tarixində Bitcoin 103 000 dollar səviyyəsində sabit qalsa da, altkoinlərdə güclü artım müşahidə olunub.

Ether 4,8%, Solana 2,9%, XRP isə 1,7% bahalaşıb. Analitiklər bu meyli investorların diqqətini Bitcoin-dən daha kiçik aktivlərə yönəltməsi ilə izah edir.

ABŞ-da inflyasiya göstəricilərinin aşağı çıxması və Coinbase-in SP 500 indeksinə daxil ediləcəyi xəbəri bazarda nikbinlik yaradıb.