Maliyyə Nazirliyi yaxın müddətdə dövlət qiymətli kağızlarının emissiyasına yenidən başlayacaq.
Finss.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mürsəqulov bu gün Bakıda keçirilən Maliyyə İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı məlumat verib.
O bildirib ki, Maliyyə Nazirliyi bu ilin əvvəlindən etibarən istiqraz bazarına çıxış etməyib:
"Depozit hərraclarının təşkili əsasən dövlət büdcəsində artıq və sərbəst vəsaitlərin mövcudluğu ilə bağlı idi. Bu şəraitdə bazardan əlavə vəsait cəlb olunması məqsədəuyğun hesab edilmədi".
A.Mürsəqulov qeyd edib ki, bu vəziyyət uzun çəkməyəcək:
"Qısa müddətdən sonra təkrar bazara qayıdaraq dövlət qiymətli kağızlarının emissiyasına yenidən start veriləcək".
Fuad Mədətov
Finss.az