BİRJA

04 İyun

Azərbaycan neftinin qiyməti artıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Finss.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.05 ABŞ dolları və ya 1.53% artaraq 69,87 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68,82 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.