BİRJA

21 İyun

“Brent” neftinin qiyməti azalıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarında “Brent” markalı neftin 2025-ci ilin avqust ayı üzrə fyuçerslərinin qiyməti 2,33% azalaraq 1 barel üçün 77,01 ABŞ dolları təşkil edib.

Finss.az-ın məlumatına görə, eyni dövrdə Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust müqaviləsinin qiyməti 0,46% artaraq 73,84 ABŞ dollarına yüksəlib.