BİRJA

23 İyun

"FINCA Azerbaijan" MM QBKT-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

Finss.az - 17 iyun 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2008019203 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 23.06.2025-ci il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"FINCA Azerbaijan" MM QBKT

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2008019203

İstiqraqzların növü və forması

Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı

20,000 ədəd

İlkin ticarət qiyməti

100 manat

Buraxılış həcmi

2,000,000 manat

İllik gəlirlilik faizi

15%

Ödəmə periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən,

ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq və

1 ayda günlərin sayını 30 (otuz) götürməklə

hər 3 (üç) aydan bir ödənişlər

həyata keçiriləcəkdir

Tədavül müddəti

18 ay

Sifarişlərin ümumi həcmi

(nominal qiymətlə)

2,000,000 manat

Reallaşdırılmış həcm

2,000,000 manat

Hərrac qiyməti

100 manat

İnvestor sayı

53

Sifariş sayı

53

Anderrayter

“Unicapital İ.Ş.” ASC