BİRJA

26 İyun

“CPM-İnvest”in dövlət istiqrazları üzrə dövriyyəsi 2,8 dəfə azalıb

“CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin 2025-ci ilin yanvar-may aylarında dövlət istiqrazları üzrə əməliyyat dövriyyəsi 142,6 milyon manat təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə məlumat Bakı Fond Birjasının (BFB) rəsmi statistikalarında yer alıb.

Şirkətin göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə 254,8 milyon manat azalıb. Bu isə 2,8 dəfəlik geriləmə deməkdir.

Fuad Mədətov
Finss.az