BİRJA

25 İyun

İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Finss.az - 1 iyul 2025-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Qiymətli kağızın ISIN kodu

AZ2101008681

Emissiya həcmi

40,000,000 manat

Nominal qiyməti

1,000 manat

Hərrac qiyməti

1,003.9167 manat

İstiqrazların tədavül müddəti

7920 gün 

Faiz dərəcəsi 

3.00%

Faiz gəlirinin ödəniş müddəti

180 gündən bir (6 aydan bir)

Anderrayter

“Unicapital İ.Ş” ASC