BİRJA

01 İyul

Qazaxıstan 2,5 milyard dollarlıq avroistiqrazlar buraxdı

Finss.az - Qazaxıstan Maliyyə Nazirliyi ümumi dəyəri 2,5 milyard ABŞ dolları olan avroistiqraz emissiyası həyata keçirib.

Nazirlik 7 illik 1,35 milyard dollarlıq 5% və 12 illik 1,15 milyard dollarlıq 5,5% faizlə istiqrazlar buraxıb.

Bu emissiya BBB səviyyəli ölkələrlə müqayisədə aşağı gəlir təmin edib və Səudiyyə Ərəbistanı ilə Polşa kimi inkişaf etmiş ölkələrin səviyyəsinə yaxınlaşıb. Yüksək iqtisadi artım tempi, aşağı dövlət borcu və böyük valyuta ehtiyatları bu uğurun əsas səbəbləridir. Həmçinin siyasi və fiskal islahatlar da bu nəticəyə təsir edib.

İstiqrazlar Londonda, AİFC-də və Qazaxıstan Fond Birjasında siyahıya alınacaq. Əldə olunan vəsait əvvəlki borcun tam refinansmanı üçün istifadə olunub.