BİRJA

02 İyul

Dünya bazarlarında neft bahalaşıb

Qlobal enerji bazarlarında neftin qiymətində yenidən artım müşahidə olunub.

Finss.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət zamanı 2025-ci ilin sentyabr ayı üzrə “Brent” markalı neftin qiyməti 0,19% yüksələrək 1 barelə görə 67,24 ABŞ dollarına çatıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında isə WTI markalı neftin qiyməti avqust ayı üçün müqavilələrdə 0,14% bahalaşıb və 65,54 ABŞ dolları təşkil edib.

Fuad Mədətov
Finss.az