BİRJA

02 İyul

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qiymətli metalların dəyərində enmə qeydə alınıb.

Finss.az birja məlumatlarına əsasən verdiyi xəbərə görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə avqust fyuçerslərinin qiyməti 0,06% azalaraq 3 347,7 ABŞ dollarına düşüb.

COMEX birjasında sentyabr ayı üzrə gümüşün bir unsiyası üçün fyuçers qiyməti 0,38% azalaraq 36,26 ABŞ dolları təşkil edib.

Fuad Mədətov
Finss.az