BİRJA

18 İyul

Azərbaycanda unun topdansatış qiymətləri sabitdir

Finss.az - Bu gün Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat arasında dəyişib.

Bakı şəhəri və Abşeron rayonunda isə 26,5-27,3 manat civarında qeydə alınıb.

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinin yaydığı məlumata görə, ölkə üzrə ən aşağı topdansatış qiyməti 25,8 manatla Şabran rayonunda, ən yüksək qiymət isə 28 manatla Gəncə şəhərində müşahidə olunub.

Qeyd edək ki, iyulun 10-da da unun topdansatış qiymətləri eyni səviyyədə olub.

Bu göstəricilər un bazarında stabilliyin davam etdiyini və istehlakçılar üçün qiymət artımının müşahidə olunmadığını göstərir.