Finss.az - Dünya əmtəə bazarlarında neftin qiymətində cüzi artım müşahidə olunub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı yüngül neftin avqust ayı üzrə fyuçersləri 0,16 ABŞ dolları və ya 0,24% bahalaşaraq 1 barel üçün 67,50 ABŞ dollarına yüksəlib.
ICE London birjasında isə Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,09 ABŞ dolları və ya 0,13% artaraq 69,37 dollar səviyyəsində qərarlaşıb.
Bahalaşma qlobal tələbatdakı mülayim artım və təklifə dair ehtiyatlılıqla əlaqələndirilir.