BİRJA

21 İyul

Beş ASC-nin səhmləri hərraca çıxarılır

Finss.az - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 12 avqust 2025-ci il tarixində keçiriləcək hərracda ümumilikdə 5 səhmdar cəmiyyətinə məxsus səhmlər satışa çıxarılacaq.

Hərracda müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin səhmləri təqdim ediləcək və bu proses dövlətə məxsus payların özəlləşdirilməsi istiqamətində növbəti addım hesab olunur.

Hərraca çıxarılan səhmlər və ilkin qiymətlər aşağıdakılardır:

  • "Ağdaş Quşçuluq" ASC – Buraxılmış 338 741 ədəd səhmindən 101 662 ədədi satışa təqdim olunacaq. Nominal dəyəri 203 324 manat olan bu səhmlər 101 662 manat ilkin qiymətlə hərraca çıxarılacaq.

  • "Cəlilabad Şərab" ASC – 92 155 ədəd buraxılmış səhmdən 41 295 ədədi satışa çıxarılır. Səhmlərin nominal dəyəri 165 180 manat olsa da, ilkin satış qiyməti 123 885 manat müəyyən edilib.

  • "Salyan Broyler" ASC – Ümumilikdə 560 059 ədəd səhmdən 168 225 ədədi hərraca təqdim edilir. Hər bir səhmin nominal dəyəri 2 manat olmaqla, satışda 168 225 manat ilkin qiymət tətbiq olunacaq.

  • "Şıxlar Broyler" ASC – 139 804 ədəd səhmdən 42 090 ədədi hərraca çıxarılacaq. Satışa təqdim olunan səhmlər 42 090 manat ilkin qiymətlə təklif olunur.

  • "Zaqatala Fındıq" ASC – 419 434 ədəd buraxılmış səhmdən 125 992 ədədi satışa çıxarılır. Hər birinin nominal dəyəri 2 manat olan səhmlər 125 992 manat ilkin qiymətlə təqdim ediləcək.

Səhmlərin hərraca çıxarılması investorlara müxtəlif sahələrdə – kənd təsərrüfatı, ərzaq sənayesi və istehsalat üzrə fəaliyyət göstərən şirkətlərin payına sahib olmaq imkanı yaradır. Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər müvafiq qaydada qeydiyyatdan keçərək iştirak edə bilərlər.