Nyu-Yorkun NYMEX əmtəə birjasında avqust ayı üzrə təbii qaz fyuçerslərinin qiyməti artıb.
Finss.az-ın məlumatına görə, 1 milyon Britaniya istilik vahidi (BTU) üçün qiymət 0,12% yüksələrək 3,258 ABŞ dollarına çatıb.
Bu dəyişiklik enerji bazarlarında qismən sabit tələbat və hava şəraiti ilə bağlı gözləntilərlə əlaqələndirilir.