Finss.az - Kriptovalyuta bazarı 2025-ci ilin iyul ayında sürətli yüksəlişini davam etdirir.
23 iyul saat 06:00-a olan göstəricilərə əsasən, Bitcoin (BTC) 1,3% bahalaşaraq 118 755 ABŞ dolları səviyyəsinə çatıb. Gün ərzində ən yüksək qiymət 120 256 dollar, ən aşağı qiymət isə 117 183 dollar olub.
İkinci ən iri kriptovalyuta olan Ethereum (ETH) isə 0,9% artımla 3 716,59 dollara yüksəlib. Son günlər Ethereum-da tətbiq edilən “Pectra” yeniləməsi istifadəçilər üçün əməliyyatların daha sürətli və ucuz olmasına səbəb olub. Bu texniki təkmilləşdirmə ETH-nin qiymətinə də müsbət təsir edib.
Digər əsas kriptovalyutaların qiymətləri isə belədir:
- Binance Coin (BNB) – 798 $
- Solana (SOL) – 201 $
- XRP – 3,50 $
- Dogecoin (DOGE) – 0,265 $
Ümumilikdə, bazarın kapitallaşması 4 trilyon ABŞ dollarını ötüb və bu, ilin əvvəlindən bəri rekord göstərici hesab olunur. Analitiklər bazarda artımın davam edəcəyini, xüsusilə Bitcoin-in yaxın həftələrdə 120–125 min dollar aralığında stabilləşə biləcəyini proqnozlaşdırır.