BİRJA

31 İyul

Dünya bazarlarında neft ucuzlaşıb

Dünya əmtəə bazarlarında neft ucuzlaşıb.

Finss.az xəbər verir ki, 2025-ci ilin sentyabr ayı üzrə fyuçers müqavilələrinə əsasən neftin qiymətində eniş qeydə alınıb.

Belə ki, WTI (Nymex) markalı neftin bir barreli 0,17 dollar və ya 0,24% azalaraq 69,83 dollar təşkil edib. Brent (ICE) markalı neftin qiyməti isə 0,24 dollar və ya 0,33% azalaraq 73,00 dollar olub.