BİRJA

05 Avqust

NYMEX birjasında təbii qaz bahalaşıb

05 avqust 2025-ci il tarixində dünya birjalarında təbii qaz qiymətlərində nəzərəçarpacaq artım qeydə alınıb.

Finss.az xəbər verir ki, Nyu-Yorkun NYMEX birjasında sentyabr ayı üzrə təbii qaz fyuçerslərinin qiyməti 3.214 ABŞ dolları səviyyəsində bağlanıb. Bu göstərici əvvəlki günlə müqayisədə 0.274 dollar və ya təxminən 7.3 faiz artım deməkdir.

Qiymət artımının əsas səbəbləri kimi ABŞ-da gözlənilən isti hava şəraiti, elektrik enerjisi istehsalına olan tələbin yüksəlməsi və təchizat balansında ciddi dəyişikliklərin baş verməməsi göstərilir.

Ekspertlərin fikrincə, yaxın günlərdə təbii qaz qiymətləri 3.18 ilə 3.25 dollar aralığında dəyişə bilər.