BİRJA

06 Avqust

Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Finss.az - 6 və 7 avqust 2025-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir: 

Notun müddəti

(gün)

İSİN

Hərrac

tarixi

Hərraca çıxarılan məbləğ

(manat)

Nominal

Miqdar

Notun

 ödəniş  tarixi

28

AZ2488024707

06.08.2025

20.000.000

100.000

200

03.09.2025

84

AZ2491024702

07.08.2025

10.000.000

100.000

100

30.10.2025

168

AZ2490024703

06.08.2025

5.000.000

100.000

50

21.01.2026

252

AZ2489024706

07.08.2025

5.000.000

100.000

50

16.04.2026

Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcmi hərraca çıxarılan nominal həcmlə məhdudlaşır.

Hərracda iştirakçı sayı tələbi mövcud deyil.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.