6 avqust 2025-ci il tarixində dünya enerji birjalarında keçirilən əməliyyatlarda neftin qiymətində artım müşahidə olunub.
ICE London qitələrarası birjasında oktyabr ayı üzrə “Brent” markalı neftin fyuçers müqavilələrinin dəyəri 0.64 faiz yüksələrək 1 barelə görə 68.07 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında isə sentyabr ayı üzrə WTI markalı neftin 1 barelinin qiyməti 0.63 faiz artaraq 65.57 ABŞ dollarına çatıb.